...

Prezident: Azərbaycanda minimum əmək haqqının artırılması üçün 200 mln. AZN ayrılacaq

Siyasət Materials 21 Dekabr 2006 16:22 (UTC +04:00)

Azərbaycanda minimum əmək haqqının 30 AZN-dan 40 AZN-a qədər artırılmasının təmin edilməsi məqsədilə 200 mln. AZN ayrılacaq. Hazırda bu, 630 min adama şamil edilir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün Naxçıvan MR Ali Məclisində çıxış edərkən bildirib.

Trend in Naxçıvanda olan müxbiri xəbər verir ki, prezident vurğulayıb ki, Naxçıvan MR Azərbaycan üçün strateji əhəmiyyyətə malikdir, daim inkişaf edir.

Dövlət başçısı deyib: "Naxçıvanda qaz verilməsi bərpa edilib. Hazırda ikinci mərhələ realizə olunur. Bir neçə elektrik stansiyası tikilib. Gələcəkdə Naxçıvan nəinki özünü elektik enerjisi ilə təmin edə biləcək, hətta ixrac da edə biləcək".

Onun sözlərinə görə, 2007-ci ildə Naxçıvan MR-in büdcəsi 161,818 mln. AZN təşkil edəcək ki, bu da 180 mln. dollar təşkil edir.

Prezident əlavə edib: "Biz Naxçıvan Muxtar Respublikasının hərbi potensialını gücləndiririk və gücləndirməkdə davam edəcəyik".

Xəbər lenti

Xəbər lenti