...

Azərbaycan 2007-ci il üçün BMT mətəmadi büdcəsinə üzvlük haqqı köçürən doqquz üzv-ölkənin siyahısına düşüb

Siyasət Materials 17 Yanvar 2007 10:52 (UTC +04:00)

Yanvarın 16-sı üçün yalnız doqquz dövlət 2007-ci il üçün BMT mətəmadi büdcəsinə üzvlük haqqını tam şəkildə ödəyib. Bu barədə təşkilatın məlumatına istinadən Trend xəbər verir. Bu ölkələr - Azərbaycan, Boliviya, Bruney, Burkina-Faso, Finlandiya, Norveç, Cənubi Afrika, Surinam və Zambiyadır.

BMT maliyyə qaydaları tələb edir ki, cari il üçün üzvlük haqları 31 yanvara qədər ödənilsin. Hər bir dövlətin mətəmadi büdcəyə üzvlük haqqının həcmi təşkilatın ümumi xərclərinin faizi kimi müəyyən edilir. Üzvlük haqları xəttini hər 3 ildən biri BMT Baş Assambleyası müəyyən edir. Bu zaman üzv-ölkələrin iqtisadiyyatının inkişaf səviyyəsi və əhalisinin sayı nəzərə alınır.

2006-cı ilin dekabrında BMT Baş Assambleyası 2007-2009-cu illər üçün BMT büdcəsinə dövlətlərin üzvlük haqlarının yeni xəttini təsdiq edib, buna əsasən ABŞ təşkilatın 22 faiz xərclərini ödəyəcək. Yaponiya - 16,6 faiz, Rusiya - 1,2 faiz.

Xəbər lenti

Xəbər lenti