...

Azərsu Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi üzrə saziş imzalayıb

Siyasət Materials 31 Yanvar 2007 17:24 (UTC +04:00)

Bu gün Azərsu SC Turan Hazinedaroglu- Tekser Inshaat Sanayi-Gəncə Körpü Tikinti2 alyansı ilə Oğuz-Qəbələ-Bakı su kəmərinin layihələndirilməsi və tikintisi üçün saziş imzalayıb. Bu barədə Trend xəbər verir.

Sənədi Azərsu SC-nin başçısı Nizaməddin Rzayev və alyansın nümayəndəsi Turan Xəzinədaroğlu imzalayıblar.

2006-cı ildə layihənin ümumi dəyəri 480 mln. manat məbləğində qiymətləndirilib. ARDNF-in büdcəsindən 2007-ci ildə layihəyə 183,62 mln. manat ayrılacaq. Tikinti işlərinin qiyməti 142,1 mln. ABŞ dolları həcmində dəyərləndilir, icra müddəti isə 14 aydır.

2006-cı ildə layihənin reallaşdırılmasına 82,7 mln. manat, o cümlədən 2,4 mln. manat TİƏ-nin və CES Consulting Engineers şirkətinin ilkin layihələndirilmə sənədlərinin hazırlanmasına və 82,3 mln. manat 2006-cı ilin dekabr ayında Azkompozit üçün sərf olunub.

Bu zonada yeraltı suların istismar ehtiyatı 15 m3/saniyədən çox təşkil edir. Suyun keyfiyyəti yüksəkdir və dünya standartlarına uyğundur. Su kəməri marşrutu Oğuz-Qəbələdəki su anbarından Çarxana-Göyçay-Ağsu-Udullu ərazisindən keçəcək. Onun ümumi uzunluğu 260 km-dən çoxdur.

Xəbər lenti

Xəbər lenti