...

Azərbaycan prezidenti Avropa Şurası Katibliyinin siyasi məsələlər üzrə baş direktorunu qəbul edib

Siyasət Materials 2 Fevral 2007 20:47 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 2-də Avropa Şurası Katibliyinin siyasi məsələlər üzrə baş direktoru Jan-Lui Laurensi və Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosianı qəbul edib. Bu barədə Trend xəbər verir.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın uğurla həyata keçirildiyi qeyd olunub və bu beynəlxalq qurumla Azərbaycanın, o cümlədən ölkəmizin müvafiq strukturlarının əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.

Xəbər lenti

Xəbər lenti