Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir. Sərəncama əsasən, hərbi qulluqçular Azərbaycanın ərazi bütövlüyü və Vətən qarşısındakı xidmətlərinə görə təltif ediliblər.
General-mayor Əliyev Vidadi Əli oğlu "Vətən uğrunda" medalı ilə, 10 nəfər "İgidliyə görə" medalfı ilə , bir qrup hərbçi isə "Hərbi xidmətələrə görə" medalı ilə təltif ediliblər.