...

Azərbaycan MSK sədri Böyük Britaniyanın Seçki Rəsmiləri Assosiasiyasının rəhbərini ölkəmizə dəvət edib

Siyasət Materials 12 Mart 2007 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Böyük Britaniyanın Seçki Rəsmiləri Assosiasiyasının rəhbərini Azərbaycana dəvət edib. Bu barədə MSK sədri M.Pənahov özü açıqlama verib.

Pənahov B.Britaniyaya səfəri zamanı Seçki Rəsmiləri Assosiasiyasının rəhbəri Con Törnerlə görüş keçirib, 2008-ci ildə Azərbaycanda prezident seçkiləri keçirilməsi barədə məlumat verib. MSK sədri prezident seçkilərini müşahidə etmək üçün onu Azərbaycana dəvət edib və C.Törner təklifi qəbul edib.

M.Pənahov dairə seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması üçün tədbirlr görülüyü deyib. Onun sözlərinə görə, 2008-ci il seçkilərinə qədər dairə seçki komissiyalarının yeni binalara köçürüləcək, bəzilərinin binası təmir olunacaq, həmçinin dairələrin hamısı yeni texniki avadanlıqlarla təchiz olunacaq.

Xəbər lenti

Xəbər lenti