...

Azərbaycanın Məşvərət Məclisi təşkilatlanma işini başa çatdırıb

Siyasət Materials 13 Mart 2007 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ İqtidaryönlü partiyaların təmsil olunduqları Məşvərət Məclisi təşkilatlanma işlərini başa çatdırıb və prezident seçkilərinə hazırlığa start verib. Bu barədə məlumat verən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri, Məşvərət Məclisinin rəhbəri Məmməd Əlizadə bildirib ki, blok parlament seçkilərindən sonra təşkilatlanma işini sürətləndirib və bu istiqamətdə ciddi addımlar atılıb. Əlizadənin sözlərinə görə, "İslahat" siyasi partiyalar bloku da Məşvərət Məclisinə birləşib.

O qeyd edib ki, Məşvərət Məclisi 2008-ci ildə keçiriləcək seçkilərdə prezident İlham Əliyevin namizədliyini müdafiə edəcək.

Xatırladaq ki, Məşvərət Məclisinə indiki iqtidarın siyasətini müdafiə edən ona yaxın partiya daxildir.

Xəbər lenti

Xəbər lenti