...

Milli Məclisin İntizam Komissiyası deputat Fəzail Ağamalı ilə bağlı məsələyə baxıb

Siyasət Materials 29 Mart 2007 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Parlamentin İntizam Komissiyasının bu günkü iclasında deputatlar Fəzail Ağamalı ilə Hüseyn Abdullayev arasında baş verən qarmaqalla bağlı məsələ müzakirəyə çıxarılıb. Bu barədə Komissiyanın üzvü, millət vəkili Gülər Əhmədova məlumat verib.

Əhmədova bildirib ki, dinləmələr Ağamalının iştirakı ilə aparılıb. Bu günkü iclasda konkret qərar verilməyib və bununla bağlı İntizam Komissiyasında dinləmələr davam etdiriləcək. Əhmədova qərarın çıxarılmamasına səbəb kimi komissiyanın bir neçə üzvünün iclasda iştirak etməməsini göstərib.

Xəbər lenti

Xəbər lenti