...

Azərbaycanın tanınmış incəsənət xadimləri Hüseyn Abdullayevin işi ilə bağlı prezidentə müraciət edib

Siyasət Materials 30 Mart 2007 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Hüseyn Abdullayevin azadlığa buraxılması üçün Azərbaycanın tanınmış müğənni və artistləri cümə günü prezident İlham Əliyevə müraciət edib. Müraciətdə qeyd olunub: "Millət vəkilləri H.Abdullayev və Fəzail Ağamalı arasında baş verən insident sənətçiləri narahat edib. Əminik ki, bu hadisəni obyektiv şəkildə çözəcək və ədalətli qərar verəcək yeqanə şəxsiyyət sizsiniz. Millət vəkili H.Abdullayev xeyriyyəçi əməlləri ilə neçə-neçə istedadlı gənçi maddi və mənəvi cəhətdən dəsdəkləyib. Bunu nəzarə alıb onun həbsdən azad edilməsini sizdən rica edirik".

Müraciətə imza atanlar arasında Xuraman və Fidan Qasımova bacıları, İlhamə Quliyeva, Zülfiyyə Xanbabayeva, Eldar Mansurov, Təranə Muradova, Əminə Yusifqızı, Afaq Məlikova, Aygün Kazımova, Siyavuş Kərimi, Afaq Bəşirqızı, Brilliant Dadaşova, Telman Adıgözalov, Arif Qazıyev, Firəngiz Mütəlimova, İlqar Muradov, Röya və Nisə Qasımova var.

Xəbər lenti

Xəbər lenti