...

ALP qurultaya hazırlıq prosesinə strat verib

Siyasət Materials 3 Aprel 2007 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Liberal Partiyası (ALP) qurultaya hazırlaşır. Bu barədə çərşənbə axşamı Bakıda ALP sədri Əvəz Temirxan məlumat verib.

Ə.Temirxan qeyd edib ki, artıq partiyanın rayon və şəhər təşkilatlarında konfranslar başlayıb və qurultaya nümayəndələr seçilir.

Partiya sədri vurğulayıb ki, ALP-nin qurultayı 2007-ci ilin yayında keçiriləcək.

Qeyd edək ki, ALP sabiq dövlət katibi Lalə Şövkətin rəhbərliyi ilə 1995-cı ildə yaradılıb. Lalə Şövkət hazırda müxalifəti təmsil edən "Azadlıq" siyasi blokunun həmtəsisçisi və həmsədridir.

Xatırladaq ki, Lalə Şövkət 1993-cü ilin iyulundan 1994-cü ilin yazınadək dövlət katibi olub. 1995-ci ildə Azərbaycan Liberal Partiyasını yaradıb.

2003-cü ilin prezident seçkiləri ərəfəsində ALP sədri vəzifəsindən istefa verib. ALP-nin hazırkı sədri partiya İcraiyyə Komitəsinin keçmiş rəhbəri Əvəz Temirxandır.

Xəbər lenti

Xəbər lenti