...

Tbilisidə NATO Parlament Assambleyasının seminarı keçiriləcək

Siyasət Materials 4 Aprel 2007 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Aprelin 19-20-də Tbilisidə NATO Parlament Assambleyasının (NATO PA) Rouz-Rout seminarı keçiriləcək. Milli Məclisin nümayəndə heyətinin də iştirak edəcəyi tədbirdə NATO və Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə münasibətləri, Cənubi Qafqazda parlamentlərin rolu və digər məsələlər müzakirə ediləcək.

Seminarda Gürcüstan prezidenti Mixail Saakaşvili, parlamentin spikeri Nino Burcanadze, NATO PA-nın sədri Lello Joze və digər rəsmi şəxslər çıxış edəcək, müzakirə olunan məsələlərə münasibət bildirəcəklər.

Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov rəhbərlik edəcək.

Xəbər lenti

Xəbər lenti