...

Müxalifət partiyalarının Ağıstafa rayon təşkilatları aksiya keçirəcəklər

Siyasət Materials 9 Aprel 2007 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Müxalifət partiyalarının Ağıstafa rayon təşkilatları aprelin 22-də birgə etiraz aksiyası keçirəcəklər. Bu barədə bazar ertəsi Bakıda Azərbaycan Yolu Siyasi Hərəkatının (AYSH) sədri İlqar Qasımov məlumat verib.

Onun sözlərinə görə, Ağıstafada keçiriləcək aksiyanın təşkilatçısı Azərbaycan Yolu Siyasi Hərəkatıdır.

"Müsavatın yerli şöbəsi istisna olmaqla müxalifət partiyalarının Ağıstafa rayon təşkilatları aksiyaya qoşulublar. Mitinqə hazırlıq üzrə birgə Təşkilat Komitəsi yaradılıb", - deyə AYSH sədri əlavə edib.

İ.Qasımov bildirib ki, aksiyada yalnız sosial məsələlərlə bağlı şüarlar səsləndiriləcək.

Xatırladaq ki, müxalifəti təmsil edən AYSH 2004-cü ildə yaradılıb. Təşkilata Rusiya Ədliyyə Nazirliyinin generalı İlqar Qasımov rəhbərlik edir. Xatırladaq ki, müxalifəti təmsil edən AYSH 2004-cü ildə yaradılıb. Təşkilata Rusiya Ədliyyə Nazirliyinin generalı İlqar Qasımov rəhbərlik edir.

Xəbər lenti

Xəbər lenti