...

Azərbaycanın Qızıl Aypara Cəmiyyəti və İsrailin Maqen David Adom təşkilatı əməkdaşlığı canlandırır

Siyasət Materials 10 Aprel 2007 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyəti aprel ayının 17-21-də İsrailə səfər edəcək. Nümayəndə heyətinə Cəmiyyətin prezidenti Novruz Aslan rəhbərlik edəcək. Bu barədə İsrailin Bakıdakı səfirliyindən xəbər veriblər.

Səfər İsrailin "Maqen David Adom" (İsraildə "təcili yardım" funksiyasını həyata keçirən Qırmızı Xaçın analoqu) təşkilatının dəvəti ilə baş tutacaq. Tərəflər əməkdaşlıq perspektivlərinin müzakirə olunmasını, birgə layihələrin həyata keçirilməsini müzakirə edəcəklər.

Bu səfər Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin "Maqen David Adom" rəhbərliyinin tanışlıq səfərinə (17-18 oktyabr 2006) cavab xarakteri daşıyır. Həmin vaxt nümayəndə heyətinə təşkilatın İcraiyyə Komitəsinin prezidenti Noam Yifrax rəhbərlik edirdi. O zaman tərəflər əməkdaşlıq istiqamətlərini müəyyənləşdirib və birgə layihələr planı hazırlayıblar.

Azərbaycan "Maqen David Adom" rəhbərliyindən ibarət nümanyəndə heyətinin 2006-cı ildə Beynəlxalq Qırmızı Xaç Komitəsinə daxil olduqdan sonra qəbul olunduğu ilk müsəlman ölkəsidir.

Xəbər lenti

Xəbər lenti