...

Azərbaycan Demokrat Partiyasının qurultay keçirəcəyi yer məlum oldu

Siyasət Materials 13 Aprel 2007 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Rəsul Quliyevin rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyası (ADP) şənbə günü qurultay keçirmək üçün yer kirayələyib. Bu barədə qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Akif Şahbazov məlumat verib.

Partiyanın qurultayı Bakıda, Səməd Vurğun küçəsi 118 ünvanında yerləşən "Xəzər" şadlıq sarayında olacaq.

Müxalifəti təmsil edən ADP-nin siyasi kursunda dəyişiklik edilməsi ilə bağlı qərarından sonra partiya iki yerə - Sərdar Cəlaloğlu və Rəsul Quliyevin tərəfdarlarına bölünüb. Azərbaycanın eks-spikeri Rəsul Quliyev 1996-cı ildən mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti