...

Azərbaycan prezidenti görkəmli şairlər Müşfiq və Almas İldırımın, müğənni Bülbülün yubileyi ilə bağlı sərəncamlar imzalayıb

Siyasət Materials 16 Aprel 2007 20:53 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev aprelin 16-da görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin (Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadənin) anadan olmasının 100 illiyi, müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, istiqlal şairi Almas İldırımın (İldırım Əbdülməhəmməd oğlu Almaszadənin) anadan olmasının 100 illiyi və Azərbaycan professional vokal sənətinin banisi, görkəmli müğənni və pedaqoq Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) anadan olmasının 110 illiyinin layiqincə qeyd edilməsi haqqında sərəncamlar imzalayıb. Bu barədə Trend xəbər verir.

Sərəncamlarla Nazirlər Kabinetinə və müvafiq qurumlara tapşırılır ki, görkəmli şəxsiyyətlərin yubileylərinin layiqincə qeyd olunması üçün lazımi tədbirlər görsünlər.

Xəbər lenti

Xəbər lenti