...

YAP sədrinin müavini: ""91-lər"ə qarşı heç bir təzyiq yoxdur"

Siyasət Materials 1 May 2007 18:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcıları hesab olunan "91-lər"ə qarşı heç bir təzyiq yoxdur. Bu barədə çərşəndə axşamı Bakıda YAP-ın sədr müavini, Milli Məclisin keçmiş sədri Murtuz Ələsgərov məlumat verib.

"Belə bir məsələ yoxdur", -deyə YAP-ın sədr müavini əlavə edib.

Eks-spiker səhhətində problemlərin olmasına dair məlumatları da təkzib edib. O, səhhətinin yaxşı olduğunu bildirib.

Ələsgərov aktiv siyasi fəaliyyətlə məşğul olmaması ilə bağlı fikirlərlə də razılaşmayıb.

"Mən o gün "Azərbaycan" qəzetinə, ondan sonra "525-ci qəzet"ə müsahibələr vermişəm", deyə sabiq spiker əlavə edib.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti