...

Vitse-spiker: "Azərbaycanda mətbuatın durumu ilə bağlı narahatlıq doğuran heç bir məqam yoxdur"

Siyasət Materials 10 May 2007 12:26 (UTC +04:00)
Vitse-spiker: "Azərbaycanda mətbuatın durumu ilə bağlı narahatlıq doğuran heç bir məqam yoxdur"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda mətbuatın durumu ilə bağlı narahatlıq doğuran heç bir məqam yoxdur. Bu barədə cümə axşamı Bakıda Milli Məclis sədrinin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Bahar Muradova məlumat verib.

Vitse-spiker qeyd edib ki, ayrı-ayrı beynəlxalq qurumların hesabatlarında yer alan fikirlər konkret cinayət hadisələri ilə bağlıdır: "Həmin cinayət hadisələrində obyekt jurnalistlər olub. Hesab edirəm ki, bütün dünya ölkələrində baş verən bu kimi hallar Azərbaycanda da baş verir. Mətbuatın ümumi vəziyyətinə yalnız bu prizmadan qiymət vermək ədalətsizlikdir".

Muradova vurğulayıb ki, cəmiyyətdə dözümsüzlük hallarının artmasına, başqa dinin daşıyıcılarına qarşı milli ayrı-seçkiliyin baş verməsinə şərait yaradan çağırışlar səsləndirənlər, bilərəkdən, yaxud da bilməyərəkdən buna şərait yaradan şəxslər məsuliyyətə cəlb olunmalıdırlar: "Hansısa hesabatda səslənən fikrə görə konkret cinayət hadisəsinə qarşı dözümlü olmaq doğru deyil. Cəmiyyətə, insan haqlarına qarşı olan hallara dözümsüz yanaşmalıyıq".

Xəbər lenti

Xəbər lenti