...

Azərbaycan parlamentinin spikeri: "Müstəqil Dövlətlər Birliyinə üzv olan bir ölkənin digər dövlətin ərazisinə təcavüzü yolverilməzdir"

Siyasət Materials 31 May 2007 16:29 (UTC +04:00)
Azərbaycan parlamentinin spikeri: "Müstəqil Dövlətlər Birliyinə üzv olan bir ölkənin digər dövlətin ərazisinə təcavüzü yolverilməzdir"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan bir ölkənin digər dövlətin ərazisinə təcavüzü yolverilməzdir. Bu bəyanatla cümə axşamı Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov MDB Parlament Assambleyasının Sankt-Peterburqda keçirilən 28-ci Plenar iclasında çıxış edib.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov Sankt-Peterburqdan telefonla bildirib ki, spiker çıxışında bu cür problemin həlli üçün quruma üzv olan ölkələrin birgə mübarizəsinin vacibliyini vurğulayıb. Əsədov hesab edib ki, əks təqdirdə qurumun fəaliyyəti görünməyəcək və səmərəli işinə maneə olacaq.

MDB Parlament Assambleyasını 15 illik yubileyi münasibətilə təbrik edən Əsədov çıxışında qeyd edib ki, SSRİ dağıldıqdan sonra postsovet məkanındakı dövlətlərin qırılan əlaqələrinin bərpası üçün MDB kimi qurumun yaradılmasına ehtiyac yarandı. Təşkilatın beynəlxalq aləmdə xüsusi rolu olduğunu deyən spiker Azərbaycanın bu qurumla sıx münasibəti olduğunu bildirib.

Toplantıda Azərbaycan nümayəndə heyətinin üzvləri Əli Hüseynov, Fəzail Ağamalı və Firudin Hacıyevə qurumun "Sodrujestva" (Birlik) ordeni ilə təltif edilib.

Nəsirov toplantı çərçivəsində spikerin həmkarları ilə, o cümlədən Rusiya Dövlət Dumasının sədri Sergey Mironovla ikitərəfli görüşlərinin keçirilməsinin planlaşdırıldığını deyib.

MDB Parlament Assambleyasının Sankt-Peterburqda keçirilən 28-ci Plenar iclası sabah başa çatacaq.

Xəbər lenti

Xəbər lenti