Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katibi Vladimir Ruşaylonu qəbul edib. Bu barədə Trend xəbər verir.Görüşdə MDB çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.