...

Bakıda avtoxuliqanlıq edən sürücülər həbs edilib

Siyasət Materials 9 İyun 2007 13:52 (UTC +04:00)
Bakıda avtoxuliqanlıq edən sürücülər həbs edilib

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Yol hərəkəti təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi çərçivəsində son günlər ərzində Bakı şəhər Dövlət Yol Polisi İdarəsi 14 avtoxuliqanı saxlayıb. Bu barədə şənbə günü Trend ə açıqlamasında idarənin nəqliyyatın təhlükəsizliyinin təmini və ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, artıq 14 sürücü barəsində Yasamal və Nəsimi rayon məhkəmələrində İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi tətbiq olunaraq, onlar 15 sutkaya qədər həbs edilib. Digər 50-ə yaxın avtoxuliqanlıq edən sürücü barəsində isə araşdırmalar aparılır.

Əsədov bildirib ki, sutkanın qaranlıq saatlarından başlayaraq sübhə qədər avtoxuliqanların aşkarlanması üçün xüsusi qruplar tərəfindən reydlər keçirilir.

Əsədov onu da qeyd edib ki, yanvar-may aylarında Bakıda avtoxuliqanlıq edən 150-dən artıq sürücü saxlanılıb.

Xəbər lenti

Xəbər lenti