...

Gürcüstan prezidenti GUAM sammitində iştirak etmək üçün Bakıya gəlib

Siyasət Materials 18 İyun 2007 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend C.Ağayeva/Gürcüstan prezidentiMixail Saakaşvili GUAM dövlət başçılarının sammitində iştirak etmək üçün Bakıya gəlib. Sammit çərşənbə axşamı öz işinə başlayacaq.

Gürcüstan nümayəndə heyətinə xarici işlər naziri Gela Bejuaşvili, energetika naziri Nikoloz Gilauri, təhsil və elm naziri Aleksandr Lomaya, mədəniyyət, abidələrin mühafizəsi və idman naziri Giorqi Qabaşvili, sərhəd polisinin rəhbəri Badri Bitsadze və digər rəsmi şəxslər daxildir.

Gürcüstanın Dövlət dəftərxanasından bazar ertəsi Trend ə verilən məlumata görə, bu gün Saakaşvilinin Azərbaycan prezidenti İlham Əliyev, Polşa prezidenti Lex Kaçinski, Litva prezidenti Valdas Adamkusla görüşləri nəzərdə tutulur.

Bundan əlavə GUAM-Polşa formatında görüş planlaşdırılır.

İyunun 19-də səhər GUAM dövlət başçılarının plenar iclası keçiriləcək. Ardınca birgə bəyannamənin imzalanacağı planlaşdırılır. Sonra görüş iştirakçıları birgə brifinq keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti