...

AŞPA prezidenti Azərbaycanda baş verən mətbuatla bağlı proseslərdən narahat olduğunu bildirib

Siyasət Materials 27 İyun 2007 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Rene Van-der Linden iyulun əvvəllərində Azərbaycana səfər edəcək. Bu barədə AŞPA prezidenti çərşənbə günü Strasburqda azərbaycanlı hüquq müdafiəçiləri və "Azərbaycan Naminə" İctimai Forumun prezidenti, politoloq Eldar Namazovla görüşündə məlumat verib. Bu barədə çərşənbə günü telefonla hazırda Strasburqda olan "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Namazov məlumat verib.

Namazov qeyd edib ki, AŞPA prezidenti ilə görüşdə Azərbaycanda mətbuatla bağlı vəziyyət, müxalifətyönlü qəzetlərin bağlanılması, ümumiyyətlə Azərbaycanın Avropa Şurası qarşısında götürdyü öhdəliklərin icra vəziyyəti müzakirə olunub. O qeyd edib ki, bununla bağlı hazırladıqları xüsusi müraciəti Lindenə təqdim ediblər.

Namazovun sözlərinə görə, AŞPA prezidenti bildirib ki, vəziyyəti yerindəcə öyrənmək üçün iyulun əvvəllərində Azərbaycana səfər edəcək, qaldırılan məsələlərlə ciddi şəkildə maraqlanacaq.

Namazov bildirib ki, AŞPA, eləcə də qurumun prezidenti Azərbaycanda baş verən proseslərdən narahatdırlar və prosesləri diqqtlə izləyirlər, onlara təqdim olunan sənədlərlə tanış olurlar.

"Cümə axşamı AŞPA-nın Monitorinq Komitəsində Azərbaycanla bağlı müzakirələr aparılacaq. Bundan sonra AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərin xüsusi bəyanatla çıxış edəcəkləri gözlənilir. AŞPA-nın digər strukturları da mövqelərini müəyyənləşdirəcəklər" - deyə Namazov əlavə edib.

Namazov bildirib ki, həmçinin AŞPA-nın vitse-prezidenti ilə görüşüblər. Eyni zamanda qurumun "Aqo" qrupunun və Siyasi və Monitorinq komitələrinin üzvləri ilə görüşəcəklər.

AŞPA-nın yay sessiyası iyunun 25-də başlayıb və 29-dək davam edəcək. Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edir. Sessiyada həmçinin hüquq müdafiəçiləri Arzu Abdullayeva, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Eldar Zeynalov, Zərifə Zeynalova və politoloq Eldar Namazov iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti