...

Azərbaycan və Çin hərbi sahədə əməkdaşlığı inkişaf etdirməyə hazırdırlar

Siyasət Materials 4 İyul 2007 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı / müx. Trend K.Ramazanova/ Çin KİV-inin verdiyi məlumata görə, Çinin müdafiə naziri Qao Qanqçuan Azərbaycanın Silahlı qüvvələrinin baş qərargahının rəisi, general-leytenant Nəcməddin Sadıqovla görüşündə bəyan edib ki, Çin Azərbaycanla qarşılıqlı hörmət, bərabərlik, qarşılıqlı mənfəətə əsaslanan əməkdaşlıqda maraqlıdır.

"Çin ikitərəfli hərbi münasibətləri yeni səviyyədə inkişaf etdirmək niyyətindədir" - deyə Qao əlavə edib.

Çinin Mərkəzi Hərbi Komisssiyasının vitse- prezidenti və eyni zamanda dövlət məsələhətçisinin sözlərinə görə, hər iki ölkənin silahlı qüvvələri kadrların hazırlanması işində məhsuldar əməkdaşlıq edirlər.

Öz növbəsində Sadıqov bildirib ki, Azərbaycan Çinlə inkişaf edən əlaqələrə böyük önəm verir və onun səfəri dostluğa əsaslanan ikitərəfli əməkdaşlığı möhkəmləndirəcək.

Çinə səfər zamanı Sadıqov həmçinin Çinin Milli Azadlıq Ordusunun baş qərargahının rəisi Lianq Quanqli ilə danışıqlar aparıb. Bu, Sadığovun Çinə ilk səfəridir.

Xəbər lenti

Xəbər lenti