...

Ağdaşda odlu silahdan qətl törədilib

Siyasət Materials 11 İyul 2007 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ağdaş rayonundan odlu silahdan istifadə edilməklə qətl törədilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən çərşənbə günü bildiriblər ki, rayon sakini Samir Ələkbərov atasının qisasını almaq məqsədilə həmyerlisi Əli Məmmədovu tapançadan atəş açaraq qətlə yetirib.

Ələkbərov Ağdaş rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tutulub, ondan hadisəni törədərkən istifadə etdiyi "Naqan" tipli tapança götürülüb.

DİN-in mətbuat xidmətindən həmçinin bildiriblər ki, Səbail rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Andrey Petuxovun mənzilinə baxış zamanı bir "Makarov" tipli tapança, 22 tapança patronu və 3 patron darağı aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti