...

Rusiyanın Gürcüstandakı 12-ci hərbi bazasından silah-sursatın növbəti hissəsi yola salınıb

Siyasət Materials 12 İyul 2007 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend E.Hüseynov/ Rusiyanın Gürcüstanda yerləşən 12-ci hərbi bazasından cümə axşamı Azərbaycan ərazisi vasitəsilə Rusiyaya daşınacaq silah-sursat və hərbi texnika yola salınıb. Bu, may ayından başlayaraq Gürcüstandan Rusiyaya daşınan 9-cu eşelondur.

Eşelonun tərkibinə 44 ədəd nəqliyyat vasitəsi ilə birlikdə 29 platforma daxildir. Cümə axşamı Azərbaycanın Gürcüstandakı səfirliyindən telefonla verilən məlumata görə, yüklərin ümumi həcmi 426 ton təşkil edir. Texnikanın növbəti hissəsi iyulun 19-da daşınacaq.

Azərbaycan və Rusiya arasında Azərbaycan ərazisi vasitəsilə əmlak və texnikanın daşınmasına dair razılıq ötən ilin yayında hökumətlərarası səviyyədə əldə olunub. Avqustun sonuna qədər Gürcüstandan texnika və əmlakla dolu 14 eşelon çıxarılacaq. Gürcüstandan çıxarılması planlaşdırılan 14 eşelonun böyük hissəsi avqustun sonuna qədər cümə axşamları olmaqla Rusiyaya daşınacaq. Beş eşelon Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci rus hərbi bazasına göndəriləcək. Üç həftə bundan əvvəl Rusiya Axalkalakidə (Gürcüstan) yerləşən 62-ci hərbi bazasını yola salıb.

RF Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Rusiya və Gürcüstan arasında əldə olunan razılığa əsasən 2008-ci il ərzində ikinci və eyni zamanda axırıncı olan 12-ci rus hərbi bazası (Batumi) bağlanmalıdır.

Xəbər lenti

Xəbər lenti