Xarici ölkələrdə axtarışda olan 72 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Siyasət Materials 25 İyul 2007 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Xarici ölkələrdə axtarışda olan 72 Azərbaycan vətəndaşı bu ilin birinci yarımilliyi dövründə ölkəyə gətirilib. Bu barədə çərşənbə günü birinci yarımilliyin nəticələrinə dair keçirilən Daxili İşlər Nazirliyinin kollegiya iclasından öncə mətbuat konfransında daxili işlər naziri Ramil Usubov məlumat verib. Nazirin sözlərinə görə, hesabat dövründə ümumilikdə 2040 axtarışda olan vətəndaş tutularaq məhkəməyə təhvil verilib. Keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində ağır və xüsusilə ağır cinayətlər törətmiş 342 nəfərdən ibarət 116 cinayətkar qrup və dəstə zərərsizləşdirilib.

Xəbər lenti

Xəbər lenti