...

Azərbaycan Liberal Demokrat Partiyası seçki komissiyaları üçün yeni format təklif edir

Siyasət Materials 27 İyul 2007 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Azərbaycan Liberal Demokrat Partiyasının sərdi Fuad Əliyev cümə günü ATƏT-in Azərbaycandakı nümayəndəsi Xose Luis Herero ilə görüşüb. Partiyanın mətbuat xidmətinin verdiyi məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, Azərbaycan-Ermənistan münaqişəsi, ATƏT-in münaqişənin həllinə dair təklifləri, Seçki Məcəlləsinə dəyişikliklər, qarşıdan gələn prezident seçkiləri, söz və mətbuat azadlığının hazırkı durumu və digər məsələlər müzakirə edilib.

Məlumatda bildirilir ki, ALDP sədri Seçki Məcəlləsinə dəyişikliklərin, proporsional seçki sisteminin bərpasının və millət vəkillərinin sayının 250-yə çatdırılmasının vacibliyini bildirib. Seçki komissiyalarının formalaşdırılması məsələsinə toxunan Fuad Əliyev qeyd edib ki, komissiya üzvləri bütün partiyaların maraqlarını müdafiə etməlidir. "Ancaq otən seçkilərin təcrübəsi göstərir ki, MSK-da təmsil olunan partiyalar ancaq öz maraqlarını güdür, başqa partiyaların problemlərini həll etmirlər və bu, onlara qarşı inamsızlıq yaradır. Ona görə də bizim partiya MSK-nın "YAP üstəgəl 4 partiya" prinsipi ilə formalaşdırılmasını qəbul etmir. Hesab edirik ki, komissiyadakı 18 üzvdən 9-u qalib partiyalar tərəfindən formalaşdırılırsa, qalan yerlərə namizədlər beynəlxalq təşkilatların və Azərbaycanda qeydiyyata alınmış partiyaların iştirakı ilə püşkatma yolu ilə seçilməlidir" - deyə Fuad Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti