...

Milli Məclis Apparatının rəhbəri: səsvermə prosesi üzrə şikayətlərə bağılma müddəti ixtisar olunacaq

Siyasət Materials 10 Sentyabr 2007 18:02 (UTC +04:00)
Milli Məclis Apparatının rəhbəri: səsvermə prosesi üzrə şikayətlərə bağılma müddəti ixtisar olunacaq

Azərbaycan, Bakı / Trend ", müxbir K.Ramazanova/ Azərbaycanın Seçki Məcəlləsinə səsvermə prosesi üzrə şikayətlərə baxılma müddətinin ixtisar edilməsi ilə bağlı dəyişiklik daxil olunacaq. Bu barədə Trend ə bazar ertəsi Azərbaycan Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verib.

Hazırkı məsələ Avropa Şurası Venetsiya Komissiyasının təmsilçiləri ilə Azərbaycan nümayəndəliyi arasında oktyabrda Bakıda keçiriləcək növbəti görüş zamanı razılaşdırılacaq. Tərəflər Azərbaycan tərəfinin təşəbbüsü ilə Seçki Məcəlləsinin mükəmməlləşdirilməsi üzərində birgə işləyirlər.

Venetsiya Komissiyasının nümayəndələri öncə bilriblər ki, Azərbaycanda keçirilən hər seçkidən sonra seçki prosesi iştirakçılarının çoxu şikayətə baxılma sisteminin kifayət qədər effektli olmamasından narazılıq edir. Şikayətlərə baxılma prsesi ali seçki komissiyaları və məhkəmələrdə ləngidilir.

Mirzəyev hesab edir ki, şikayət müddəti seçki prosesinə müvafiq deyil və bütün şikayətlərə seçki nəticələri rəsmən elanın olunanadək baxılmalıdır. Mirzəyev bildirib ki, bu məsələnin detalları Bakıdakı növbəti görüş zamanı razılaşdırılacaq.

Şikayətlərə baxan orqanla bağlı məsələyə toxunan Mirzəyev bildirib ki, Azərbaycan hökuməti şikayətlərə hüquqşünasların cəlb ediləcəyi xüsusi komissiya tərəfindən baxılmalı olduğunu hesab edir. Onlar Dairə Komisiyaları tərkibində müstəqil fəaliyyət göstərəcəklər. Venetsiya Komissiyası təmsilçiləri ilə Azərbaycan nümayəndələri arasında məsləhətləşmələr sentyabrın 6-7-də Strasburqda baş tutub.

Xəbər lenti

Xəbər lenti