...

"Barmek"in prezidenti məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş edib

Cəmiyyət Materials 12 Sentyabr 2007 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ "Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC-nin prezidenti Hüseyn Arabul məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Sədrəddin Hacıyevin sədrliyi ilə keçirilən prosesdə son söz deyən Arabul özünün və şirkətin günahlandırılan əməkdaşlarının təqsirli olmadığını bəyan edib.

Məhkəmə hökm çıxarılması üçün müşavirəyə gedib. Bu səbəbdən də məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

İqtisadi İnkişaf Nazirliyi ilə Türkiyənin "Barmek Holdinq A.Ş" şirkəti arasında bağlanmış müqaviləyə əsasən, "Bakıelektrikşəbəkə" ASC-nin idarə edilməsi hüququ 25 il müddətinə həmin şirkətə verilib.

İstintaqla müəyyən olunub ki, müqavilə ilə nəzərdə tutulmuş investisiya proqramına əsasən, şirkət tərəfindən ilk 5 il ərzində 51 milyon dolları investisiya qoyuluşu nəzərdə tutulmasına baxmayaraq, "Barmek" şirkəti tərəfindən əslində heç bir investisiya qoyulmamış, nəzərdə tutulduğundan xeyli az olan investisiya müəyyənləşməsi isə bütövlükdə "Barmek"in istehlakçıları hesabına həyata keçirilib.

İttihama görə, "Barmek" MMC-nin əməkdaşları tərəfindən elektrik enerjisini istifadəyə görə istehlakçılardan toplanmış külli miqdarda pul - 9 milyon 143 min 940 AZN özgə əmlakı mənimsəmə və ya israf etmə yolu ilə talan edilib.

Xəbər lenti

Xəbər lenti