...

Azərbaycan gimnastı Aliyə Qarayeva dünya çempionatında doqquzuncu yerdədir

Cəmiyyət Materials 17 Sentyabr 2007 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ Azərbaycan gimnastı Aliyə Qarayeva Patrasda keçirilən dünya çempionatının ilk günündə çoxnövçülük və ayrı-ayrı növlər üzrə qiymətləndirmədən sonra doqquzuncu yeri tutur.

Avropa çempionu iplə kompozisiyasından sonra, hakimlərdən 16.350 bal alıb ki, bu da belaruslu Lyubov Çarakaşin, yunan Eleni Andriol və digər idmançıları qabaqlamağa imkan verib.

Eyni zamanda, Anna Qurbanova gürzlərlə çıxışından sonra hakimlərdən 16.200 bal almaqla, on birinci,Azərbaycan çempionu Dinara Gimatova iyirminci yerdədir. Mundialın nəticələrinə əsasən, Pekin Olimpiadasına vəsiqələr oynanılacaq.

Xəbər lenti

Xəbər lenti