...

Azərbaycanda qadağan olunmuş dini kitablar müsadirə olunub

Cəmiyyət Materials 28 Sentyabr 2007 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda il ərzində 100-dən artıq qadağan olunmuş dini kitab müsadirə olunub, cümə günü Trend ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib. Məlumata görə, qadağan olunan kitablarda müxtəlif dinlər, o cümlədən islam və xristian dinlərinin cərəyanlarının mövcud qanunvericiliyə zidd təbliğatı aşkarlanıb.

Azərbaycana daxil olan dini kitablar gömrük məntəqələrində saxlanılır və ekspertizadan keçirilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilir. Komitənin rəyindən sonra kitabın ölkəyə çıxarılıb-çıxarılmaması müəyyənləşdirilir.

Azərbaycanda 400-dən artıq dini qurum qeydiyyata alınıb.

Xəbər lenti

Xəbər lenti