...

Heydər Əliyev Fondu "BiblioObraz - 2007" festivalında iştirak edəcək

Cəmiyyət Materials 1 Oktyabr 2007 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Heydər Əliyev Fondu oktyabrın 9-11-də Moskvada dünyanın 22 ölkəsinin iştirakı ilə keçiriləcək "BiblioObraz - 2007" festivalında iştirak edəcək. Bazar ertəsi Fonddan verilən məlumata görə, Rusiyanın birinci xanımı Lyudmila Putinanın təşəbbüsü ilə keçiriləcək festival çərçivəsində bir sıra tədbirlər keçiriləcək ki, bu tədbirlərə "Azərbaycana musiqili səyahət", yəni kitabın və məktəb multimediasının səhnələşdirilmiş təqdimatı, milli musiqi alətləri ilə tanışlıq, rus rəssamı S.S. Qaqarinin gözü ilə, Azərbaycanın milli geyimlərinin təqdimatı daxildir.

Növbəti mövzu "Möcüzəli atəşfəşanlıq" mövzusudur ki, bu zaman məktəb teatrları üçün gəlinciklərin hazırlanması və ipək üzərində naxışlar üzrə ən yaxşı əsərlər təqdim olunacaq. Oğlanın və daylağın dostluğundan bəhs edən "Dostluq" filminin təqdimatı və rejissor Lalə Axundova ilə görüş də baş tutacaq.

Pantomim teartrı Azərbaycan folkloru motivləri əsasında "Məlikməmməd" nağılından fraqmentlər nümayiş etdirəcək, interaktiv şou Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski tərəfindən aparılacaq.

Həmçinin, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçiriləcək və rəssam Nüsrət Hacıyevin, "Məlikməmməd" nağılının motivləri əsasında, uşaq kitablarına çəkdiyi illüstrasiyalarıla tanışlıq aparılacaq.

Xəbər lenti

Xəbər lenti