...

Bakıda xalq artisti Hacıbaba Bağırovun anma gecəsi keçirildi

Cəmiyyət Materials 3 Oktyabr 2007 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /müx. "TrendLife" Eldar Hüseynzadə/ Musiqili Komediya Teatrında Azərbaycanın görkəmli aktyoru, xalq artisti Hacıbaba Bağırovun anma gecəsi keçirilib. Bu məlumat "TrendLife"a Musiqili Komediya Teatrından verilib. Onu da qeyd edək ki, bu tədbir teatrın gənclər təşkilatının xətti ilə keçirilib. Həmçinin sabah teatrın nümayəndələri Hacıbaba Bağırovun dəfn olunduğu Fəxri Xiyabanı ziyarət edəcəklər. Onu da qeyd edək ki, yaşasaydı, mərhumun bu il 75 yaşı tamam olardı.

Xəbər lenti

Xəbər lenti