...

Müğənni Vüsal Əliyev İcra Hakimyyəti başçısı ilə danışa bilməyib

Cəmiyyət Materials 8 Oktyabr 2007 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /müx. TrendLife Vüqar Vüqarlı/

Məlum olduğu kimi, müğənni Vüsal Əliyev rayonlarda konsert proqramı ilə çıxış etməli idi. Lakin nədənsə bu plan baş tutmadı. Bu haqda TrendLife-a müğənni özü xəbər verib. "Mən, Zaqataladan Gəncəyə kimi, İcra Hakimiyyəti başçıları ilə qarşılıqlı münasibət qura bilmədim. Şəxsən rayonlara gedib, keçirəcəyim konsert barədə danışıqlar aparırdım. Lakin İcra Hakimiyyətinin başçılarından heç biri, konsert zamanı avadanlıqla təmin etməkdə razılaşmayıblar. Məhz buna görə də konsert işini təxirə saldım."- müğənni de- di.

Xəbər lenti

Xəbər lenti