Azərbaycan, Bakı, 17 oktyabr /müx. TrendLife Eldar Hüseynzadə/
Tacikistanın Mədəniyyət günləri çərçivəsində Asrori Mirzaşoxrı Azərbaycanın Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. TrendLife-ın verdiyi məlumata görə, Tacikistanın Mədəniyyət Günləri ölkə tariximizdə ilk dəfədir. Əlbəttə, bu bizləri çox sevindirir. Əbülfəs Qarayevin sözlərinə gəldikdə isə: "Sizin milli rəqsləriniz mənim çox xoşuma gəldi. Onları qoruyun. Çünki həmin rəqslərlə fəxr etməyə dəyər. Çox yaxşı oldu ki, biz sizinlə mədəniyyət sahəsində birgə əməkdaşlığa da imza atdıq".
Yeri gəlmişkən, Azərbaycanın musiqi kollektivi son illərdə bir neçə dəfə Tacikistanda olub. 2005-ci və 2007-ci İllərdə Qədim çalğı alətləri" ansamblı orda konsert proqramı ilə çıxış edib.
"Biz çox şadıq ki, Azərbaycanda Tacikistanın Mədəniyyət Günləri keçir. Axı, Azərbaycan xalqı sabah Müstəqillik gününü qeyd edəcək. Bu gün münasibəti ilə biz sizə maraqlı proqram hazırlamışıq. Bura həm konsert, həm foto-sərgi daxildir. Ümidvaram ki, müasir tacik ustalarının əsərləri Azərbaycan tamaşaçılarının çox xoşuna gələcək. Azərbaycan mədəniyyətinə Tacikistanda çox böyük hörmətlə yanaşırlar. Dahi Nizaminin poemaları məktəblərdə keçirilir. Azərbaycan yazıçılarının əsərləri tacik dilinə tərcümə olunur. Zeynəb Xanlarova və Nəzakət Teymurovaya gəldikdə isə, onların konsertində stadion tam dolmuşdu" -deyə Mirzoşoxrı bildirdi.
Nazirlərin görüşündə bir çox layihələr də müzakirə olundu. Onlardan biri televiziya layihəsidir. Azərbaycanda iki tacik kanalını, Tacikistanda isə Lider və AzTV -yə baxırlar.
Mirzoşoxrı, həmçinin, mədəniyyət sahəsində kadr dəyişikliyindən də söhbət açdı. Bu gün Filarmoniyada Tacikistanın Mədəniyyyət Günlərinə həsr olunmuş qala-konsert keçiriləcək.