...

Azərbaycan güləşçiləri Minsk turnirində iştirak edəcəklər

Cəmiyyət Materials 18 Oktyabr 2007 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın sərbəst güləş üzrə komandası bu gün Minskdə start götürəcək beynəlxalq turnirdə iştirak edəcək.

Kollektivin tərkibinə Asif Zamanov ( 55 kq), Cəlal Süleymanov ( 60 kq) və Emil Qəmbərov ( 66 kq), daxildir. Belarusda onlar xalça üzərinə Firdovsi Umudovun rəhbərliyi altında çıxacaqlar. O, perspektivli pəhləvanların işinə baxacaq və yeni mövsüm öncəsi onların potensialını qiymətləndirəcək.

Minskdə mükafatlar uğrunda qadınlar da mübarizə aparacaq. Belə ki, Azərbaycan komandası Pekin Olimpiadasına lisenziya qazanan Olesa Zamulo ( 63 kq), Elvira Mürsəliyeva ( 59 kq) və Zümrüd Qurbanhacıyeva ( 72 kq) ilə təmsil olunacaq.

Qadınlardan ibarət komandaya, məşqçilik fəaliyyətinə başlayan iki dəfə Olimpiya iştirakçısı Elşad Allahverdiyev rəhbərlik edəcəək.

Xəbər lenti

Xəbər lenti