Azərbaycan, Bakı, 23 oktyabr/müx. TrendLife Şahin Cavadsoy
Azərbaycanda ilk rep qruplarından olan "Dəyirman"ın, daha "dərdlərə dərman" olmayacaqları şəhər əhli arasında müzakirə olunan söz-söhbətlərə liderlik edir. İddialar görə çox nadir hallarda təşkil olunan tədbirlərə bir gəlib-gedən "dəyirmançılar"da dəhşətli "ulduz xəstəliyi" virusuna yoluxublar. Ona görə də mehriban düşmənə çevrilməyi düşünürlər. ""Dəyirman"ın dağılmasını istəyənlərin gözü çıxsın"-sərt açıqlamayıla TrendLife-a danışan qrupun ən sevilən simalarından biri - ABD Malik, fikirləri bu kəlmələriylə izah etməyə çalışdı: "Özünü tərif çıxsa da, "Dəyirman" yeganə qrupdur ki, üzvləri arasında heç bir dəyişiklik etmədən fəaliyyətini davam etdir. Bu fanatalarımızı sevindirsə də bir çox bədxahlarımızı qıcıqlandırır. Amma həmin kəslər bilmirlər ki, belə sözlər bizi ruhdan salmır. Əksinə, öz yaradıcılığımızda yenilik etmk üçün bizə stimul verir".
Digər qrup üzvlərini - Elmir və Mir Yusifi özünə qardaş hesab edən ABD Malik, dəyirmansevərlərə yaxın günlərdə sürpriz təqdim edəcəklərini də eksklüziv olaraq TrendLife-a söylədi.