...

Azərbaycan MDB-yə üzv dövlətlərin təhsil nazirlərinin görüşündə iştirak etmir

Cəmiyyət Materials 25 Oktyabr 2007 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend , müxbir S.Ağayeva/ Azərbaycan cümə axşamı Yerevanda keçirilən MDB-yə üzv dövlətlərin təhsil sahəsində əməkdaşlıq üzrə Şurasının XX iclasında iştirak etmir. Bu barədə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.

"Biz Azərbaycan və Ermənistan arasındakı münaqişəni nəzərə alaraq, Azərbaycanla düşmən mövqedə olan ölkənin ərazisində keçirilən iclasda iştirak etməyi gərəksiz hesab etdik" - deyə Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə şöbəsindən bildiriblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Bu günlərdə, Yerevanda Birliyə üzv dövlətlərin təhsil nazirlərinin XIII Konfransı da keçirilir.

Xəbər lenti

Xəbər lenti