...

Fikrim-zikrim hamını oynatmaqdır - Aşıq Samirə

Cəmiyyət Materials 19 Noyabr 2007 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr/müx. TrendLife Şahin Cavadsoy

"Oyna-oyna sən" mahnısı ilə yerli şou-biznesdə "bomba"sını partladan Aşıq Samirə, bu mahnıya klip çəkdirməyi düşünür: "Əvvəla mahnının müəlliflərinə təşəkkürümü bildirirəm. Çox gözəl bəstədir. İnanın, hansı tədbirə, konsertə, eləcə də toy şənliklərinə gedirəmsə, məndən birinci növbədə bu mahnını oxumağı həm xahiş, həm də tələb edirlər. Tamaşaçı istəyi, sözsüz ki, hər şeydən önəmlidir. Bir sirr də açım ki, bu mahnı məni də o ki, var oynadır. Qanım bir az qara olanda tez bu mahnıma qulaq asıb, sakitləşirəm. Hamı bilir ki, biz müğənnilərin yeganə məqsədi dinləyicilərə zövqlü musiqi təqdim etməkdir. Mənim isə fikrim-zikrim hamını oynatmaqdır. Təki həmişə şənlik olsun. Hit-paradlardan enməyən "Oyna" mahnısına klip çəkdirmək üçün rejissor axtarışlarım davam edir. Ona görə də dillər əzbərinə çevrilən mahnıma kimin ekran həyatı verəcəyini dəqiqliyi ilə deyə bilmərəm".

Xəbər lenti

Xəbər lenti