...

Azərbaycanlı musiqiçi Xədicə Zeynalova beynəlxalq müsabiqənin laureatı olub

Cəmiyyət Materials 3 Dekabr 2007 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/

Almaniyanın Hamburq şəhərində keçirilən "Hamburger Klangwerktage 2007" musiqi müsabiqəsi başa çatıb. Müsabiqənin laureatı azərbaycanlı musiqiçi Xədicə Zeynalova olub. O, fortepianoda "Sestinen ueber Vergaenglichkeit" əsərinin ifasına görə ən yaxşı musiqiçi seçilib. X.Zeynalova bundan öncə həmin əsəri Berlində və Leypsiqdə də ifa etmişdi. Qeyd edək ki, X.Zeynalova Bakı Musiqi Akademiyasının məzunudur. Onun müəllimi görkəmli bəstəkar Xəyyam Mirzəzadə olub. Musiqi təhsilini Almaniyada Musiqi Akademiyasında davam etdirən soydaşımız hazırda orda aspiranturada oxuyur.

Xəbər lenti

Xəbər lenti