...

Şəhriyar Məmmədyarov istənilən rəqibə qalib gələ bilər - keçmiş dünya çempionunun meneceri

Cəmiyyət Materials 5 Dekabr 2007 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ "Şəhriyar Məmmədyarov çox güclü şahmatçıdır və o, İvan Çeparinova qarşı partiyanın favoriti sayılırdı". Bu barədə Trend ə həmvətənizin Dünya Kubokunun 1/16 finalında uğursuzluğunu şərh edən bolqar şahmatçının meneceri Silvio Danailov məlumat verib. Danailov qeyd edib ki, Şəhriyar istənilən rəqibə qalib gələ bilər və bunu dəfələrlə sübut edib. "O, bir neçə dəfə Veselin Topalova qalib gəlib və onun oyunu rəqibləri üçün çətinliklər yaradır. Düşünürəm ki, gərgin turnir cədvəli olmasaydı, partiyalar daha güzəştsiz keçərdi. Lakin mən hələ görüşün əvvəlində İvana rəqibini keçmək üçün yaxşı şansı olduğunu bildirdim. Birinci növbədə, Məmmədyarova qalib gələn yorğunluq səbəbindən" - Danailov qeyd edib. Danailov keçmiş dünya çempionu Veselin Topalovun meneceridir.

Xəbər lenti

Xəbər lenti