...

Avropa Şurası ümid edir ki, Azərbaycan hökuməti "Diffomasiya haqqında" qanunun qəbulu prosesini sürətləndirəcək

Cəmiyyət Materials 10 Dekabr 2007 15:11 (UTC +04:00)
Avropa Şurası ümid edir ki, Azərbaycan hökuməti "Diffomasiya haqqında" qanunun qəbulu prosesini sürətləndirəcək

Azərbaycan, Bakı / Trend / müxbir S.Ağayeva/ Avropa Şurası son zamanlar Azərbaycanda söz azadlığı və insan haqları sahəsində baş verən hadisələrdən narahatdır.

Avropa Şurasınnı Bakı ofisinin rəhbəri Denis Bribarosa bazar ertəsi jurnalistlərə verdiyi müsahibəsində beynəlxalq təşkilatın baş verənlərlə bağlı narahat olduğunu bildirib.

"Avropa Şurasının baş katibi dəfələrlə Avropa ölkələrini, o cümlədən Azərbaycanı diffomasiya haqqında qanun qəbul etməyə çağırıb və biz ümil edirik ki, hökumətlər nəhayət ki, bu tövsiyələrə əməl edəcəklər" - deyə Bribarosa bildirib.

Ötən həftə Azərbaycanda daha bir KİV nümayəndəsi həbs olunub. "Azadlıq" radiosunun Naxçıvan müxbiri İlqar Nəsibov məhkəmənin qərarı ilə üç ay müddətinə azadlıqdan məhrum edilib. Jurnalistin həbsinin səbəbləri naməlum səbəblərdən açıqlanmır.

"Onun həbsi jurnalist fəaliyyəti ilə əlaqədar deyil" - deyə Azərbaycanın Ombudsmanı Elmira Süleymanova dünən jurnalistlərə bildirib. Ombudsman rəsmi məlumatın olmadığını əsas gətirərək təfərrüatı açıqlamayıb.

Hazırda Azərbaycanda peşə fəaliyyəti ilə bağlı olaraq 9 jurnalist cinayət məsuliyyətinə cəlb olunub. Həbs olunan jurnalistlər əsasən böhtan və təhqirdə ittham olunurlar.

"Bütün vətəndaşlar məhkəmə qarşısında peşə fəaliyyətinə görə deyil, qanunu pozduqları üçün dayanmalıdırlar" - deyə Bribarosa qeyd edib.

"Yaxın zamanlarda həbs olunmuş jurnalistlərin əfvini gözləmək olar" - deyə bazar ertəsi Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev bildirib. Mehdiyevin sözlərinə görə, əfv məsələsi dövlət başçısının səlahiyyətlərinə daxildir və prezident dövri olaraq bu məsələyə qayıdır. "Güman edirəm ki, bu proses gələcəkdə də davam etdiriləcək" - deyə Mehdiyev bildirib.

Xəbər lenti

Xəbər lenti