...

"Albalı" filmində aktrisa Mehriban Zəki ampluasını dəyişdi - rejissor Əli İsa Cabbarov

Cəmiyyət Materials 17 Dekabr 2007 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/

"Dərviş" studiyasında rejissor Əli İsa Cabbarovun lentə aldığı "Albalı" filminin çəkilişləri başa çatmaq üzrədir. Rejissor özü film haqqında TrendLife-a bunları söylədi: ""Albalı" filminin ssenari müəllifi Asif Rüstəmov və Ramiz Fətəlibəyovdur. Qurluşçu rejissoru isə özüməm. Bu mənim ilk bədii filmimdir. Filmdə baş rolları əməkdar artist Mehriban Zəki və Pantomim Teatrının aktyoru Pərviz Məmmədrzayev oynayır. Mehriban xanım bu filmdə öz ampluasını dəyişib. Filmin bəstəkarı Xəyam Mirzəzadədir. Mən onunla işləməkdən çox məmnunam. Hazırda filmin montaj işləri gedir".

Xəbər lenti

Xəbər lenti