...

Aşıqlar Birliyi ABŞ səfirliyinə müraciət edəcək

Cəmiyyət Materials 17 Dekabr 2007 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr /müx. TrendLife Günel Əhmədova/

Aşıqlar Birliyinin bir ilə yaxındır ki, uzanan bina problemi həllini tapmayıb. Birlik Səadət sarayından çıxarılan zaman bina ilə təmin olunacağı vəd edilmişdi. Lakin birlik Hökumət Evində onlara təqdim olunan bir otaqlı sığınacaqdan narazıdır. TrendLife-a birliyin rəhbəri Zümrüd Məmmədova bina problemi ilə bağlı səylərini davam etdirəcəklərini bildirdi:

"Məlum olduğu kimi, Səadət sarayının binasındakı Aşıqlar Birliyi ilə Bəstəkarlar İttifaqı Hökumət Evinə köçürüldü. Bəstəkarlar İttifaqı lazımi şəraiti olan bir neçə otaqla təmin olunsa da, aşıqlara şəraitsiz bir otaq çatdı. Qurum işini şəraitsiz bir otaqda davam etdirməyə məcbur qalıb. Biz bu cür diqqətə layiq deyilik. Otaqda nə telefon, nə də işıq sistemləri yaxşı çalışır. Elə günlər olur ki, tamamilə işıqsız qalırıq. Soyuq hava şəraitində

bunlara dözmək çətindir. Telefon olmadığı üçün qapı-qapı düşüb dərdimizə əlac axtarırıq. Telefonun açılması üçün bizdən pul istəyirlər. Necə olur ki, bu rahatlığın hamısı Bəstəkarlar İttifaqı üçün ayrılan otaqlarda var, bizdə yoxdu? Əgər bu millətə milli dəyər lazım deyilsə, birdəfəlik desinlər, biz də işimizi yekunlaşdıraq" - Z.Məmmədova bildirib.

Z.Məmmədova onu da qeyd etdi ki, qurumun əşyaları köhnə binadan Hökumət Evinə daşınarkən bəziləri sındırılıb. Bununla yanaşı, qurumun sədri Aşıqlar Birliyinə məxsus tolların oğurlandığını da iddia edir. Xatırladaq ki, Aşıqlar Birliyi bir müddət əvvəl baş nazirin müavini Abid Şərifova müraciət etməyə çalışsa da, nazirin qəbuluna düşə bilməyiblər.

Birlik sədri bu dəfə ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət etməyi planlaşdırıb.

Xəbər lenti

Xəbər lenti