...

"Azadlıq" qəzetinin baş redaktorunun məhkəmə iclası təxirə salınıb

Cəmiyyət Materials 8 Yanvar 2008 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Cavadova/ "Azadlıq" qəzetinin baş redaktorunun işi üzrə çərşənbə axşamı Bakının Yasamal rayon Məhkəməsində nəzərdə tutulan məhkəmə iclası qeyri-sabit hava şəraitinə görə təxirə salınıb. Qənimət Zahidin məhkəmə iclası yanvarın 15-də keçiriləcək.

Baş redaktor Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq cinayətlərində şübhəli bilinərək ötən il noyabrın 11-də Bakının Yasamal rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs olunub.

Təqsirləndirilənin vəkili Elçin Sadıqov baş redaktor barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, təqsirləndirilənlərin istintaqa verdikləri ifadələr zamanı çəkilmiş videogörüntülərin məhkəmədə nümayiş etdirilməsi barədə vəsatət verib. Vəsatətlər təmin olunmayıb.

Baş redaktorun həbsinə ötən il noyabrın 7-si saat 16.00 radələrində "Azadlıq" qəzeti redaksiyasının yerləşdiyi "Azərbaycan" nəşriyyatının binası qarşısında baş vermiş insident səbəb olub. Sevgiladə Quliyeva və Vüsal Həsənov adlı iki nəfərlə Zahid arasında yaranan mübahisə əlbəyaxa dava ilə nəticələnib. Həmin gün Yasamal Rayon Polis İdarəsinə müraciət edən Həsənov məhkəmə-tibb ekspertizasından keçib və ona kəllə-beyin travması aldığı barədə rəy verilib.

Əgər ittihamlar sübut olunarsa, baş relaktoru 3 ilə qədər həbsi gözləyir.

Xəbər lenti

Xəbər lenti