...

Bütün toyları pulsuz aparıram – Azərbaycan şoumeni Murad Dadaşov

Cəmiyyət Materials 11 Yanvar 2008 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı,11 yanvar /müx. TrendLife Şahin Cavadsoy

"İdarə etdiyim bütün toyları pulsuz aparıram və heç bir toy sahibindən haqq almıram" - bu açıqlamanın müəllifi tanınmış teleaparıcı, şoumen Murad Dadaşovdur. TrendLife-la söhbətində Murad bununla bağlı maraqlı şərh verib: "Mən heç zaman özümü tamada kimi təqdim etmirəm. Və təvazökarlıqdan uzaq səslənsə də, hər toyu aparmağı üzərimə götürmürəm. İdarə etdiyim el şənlikləri isə ancaq yaxın dost-tanışlarımın məclisləri olur. Qoy, digər şoumenlərimiz məndən inciməsinlər. Hesab edirəm ki, hər gün toy aparmağın özü də bir istedaddır. Və ona görə də tamadaların çörəyinə bais olmaq fikrim yoxdur. Bir də ki, Murad Dadaşov elə televiziya verilişləri aparsa yaxşıdır".

Xəbər lenti

Xəbər lenti