...

Azərbaycanda qeyri-sabit hava şəraiti hökm sürəcək

Cəmiyyət Materials 13 Mart 2008 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend ", müxbir E.Hüseynli/ Azərbaycanda hava şəraiti martın 13-dən başlayaraq martın 16-dək qeyri-sabit keçəcək. Bu barədə cümə axşamı Trend a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva məlumat verib. Onun sözlərinə görə, üç gündə ölkənin əksər ərazilərində yağış, dağlıq rayonlarda isə sulu qar və qar yağacaq.

Tağıyeva bildirib ki, hesabat dövründə ayrı-ayrı yerlərdə yağış intensiv xarakter alacaq, qərb küləyi güclənəcək. Temperatur 3-5 dərəcə düşəcək.

Çaylarda sululuq artacaq, bəzi dağ çaylarında qısamüddətli daşqınların olacağı ehtimalı var.

Tağıyeva deyib ki, martın 13-ü axşamdan başlayaraq 15-i səhərədək Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi, tutqun və rütubətli havanın üstünlüyü meteohəssas insanlarda narahatlıq hissi yaradacaq.

Xəbər lenti

Xəbər lenti