...

Mən Aygün Kazımovadan inciməmişəm – Kamran Həsənli

Cəmiyyət Materials 19 Mart 2008 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı,19 mart /müx. TrendLife Günel Əhmədova/

Şoumen Kamran Həsənlinin ATV telekanalından getməyinə Aygün Kazımovanın səbəb olduğu deyilirdi. Xatırladaq ki, şoumenin aparıcılığı ilə canlı efirə qoşulan Aygün Kazımova gözlənilmədən şok asıqlamalar edərək, Kamran Həsənlinin yaradıcılığına kölgə salan fikirlər söyləmişdi. Bir müddət sonra ATV-dən getdiyi deyilən şoumen hazırda ANS telekanalında müəllif verilişini təqdim edir. Şoumen TrendLife-a iddia edir ki, o, Aygün Kazımovadan küsməyib və onların münasibətinə xələl gətirəcək heç bir problem yoxdur:"Düzdür, Aygün xanım barəmdə nə isə söyləmmişdi. Lakin mən hansısa sənətçi xanımdan küsüb, ona arxa çevirməyi düşünmürəm. Aygün Kazımova mənim köhnə dostlarımdandır. Onun mənimlə heç bir problemi yoxdursa, deməli, münasibətlər qaydasındadır".Söhbətinin davamında gənc müğənnilərə ünvanlı mesajlar göndərən Kamran Həsənli belə bir açıqlama vredi:"Bir çoxları şou-biznesdə necə qərar tutmağın sirrini öyrənməyə çalışırlar. Bu fikir xüsusilə sənətdə yeni addımlarını atan gənclərə şamil edilir. Onlara belə bir tövsiyəm var, əgər şou-biznesin sirrlərini öyrənmək istəyirlərsə, mənə müraciət etsinlər. Öyrənmək istədikləri sirlərimi onlarla bölüşməyə hazıram".Şoumendən nəyi nəzərdə tutduğunu soruşanda, o, səhnə davranışından tutmuş özünü aparmaq qabiliyyətinə qədər hər bir nüansın sirlərinin onda olduğunu diqqətə çatdırdı. Lakin o, hanı gənc sənətçilərin buna ehtiyac olduğunu söyləmək istəmədi.

Xəbər lenti

Xəbər lenti