...

Nazpəri Dostəliyevanın parodiyasını proqramdan çıxarmamışıq – "Planet Parni iz Baku" KVN teatrının rəhbəri Tahir İmanov

Cəmiyyət Materials 1 Aprel 2008 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 01aprel /müx.TrendLife Şahin Cavadsoy/

Bu gündən başlayaraq, yeddi gün ərzində Akademik Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaçıları qarşısında çıxış edəcək "Planeta Parni iz Baku" ŞHK teatrının hazırladığı səhnəciklərdə heç bir dəyişiklik edilməyəcək. Bu haqda TrendLife-a teatrın bədii rəhbəri Tahir İmanov məlumat verib. Qeyd edək ki, mətbuatda yazılan xəbərlərə görə, əməkdar artist Nazpəri Dostəliyevanın təkidlərini nəzərə alan "oğlanlar", onu parodiya etməkdən vaz keçiblər. Tahir isə deyilən bütün fikirlərin yalan olduğunu söyləyib: "Verdiyim bütün müsahibələrdə bildirmişəm ki, təkcə Nazpəri xanım hədəfimizə götürülməyib. Onunla bərabər digər müğənniləri - Yaqub Zurufçu, İzzət Bağırov, Qədir Rüstəmov, Flora Kərimova, Cavanşir Məmmədov və başqalarını da parodiya edəcəyik. Yəni Nazpəri Dostəliyeva da daxil olmaqla, sadaladığım sənətçilərin parodiyasını proqramdan çıxarmamışıq".

Bəs parodiya edəcəyiniz sənətçilərə dəvətnamə göndərmisiniz?-sualına isə İmanovdan belə cavab aldıq: "Bu günədək keçirdiyimiz konsertlərə təşrif buyurmaları üçün, sənətçilərə dəvətnamə göndərməmişik. Bu dəfə də ənənəni pozmaq niyyətində deyilik. Sənətçi dostlarımızdan kim istəsə, özü bileti kassalardan əldə edib, tamaşalarımıza gələ bilər".

Xəbər lenti

Xəbər lenti