...

Alim Qasımov musiqiçilərə pul vermir - Azərbaycanın əməkdar artisti Natiq Şirinov

Cəmiyyət Materials 18 Aprel 2008 23:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel /TrendLife müxbir Safura/ "Natiq ritm qrupu"nun rəhbəri, nağara ustası, əməkdar artist Natiq Şirinov uzun müddət idi ki, xalq artisti Alim Qasımov ilə birgə çalışırdı. Dəfələrlə qastrol səfərlərinə birgə gedən, konsertlər verən iki sənətkar bir birindən ayrı düşdü. Alim Qasımovun müsiqiçiyə pul vermədiyini söyləyən Natiq Şirinov "pulsuz işlədiyim daha bəsdir" dedi:

"10 ilə yaxındır ki, elə pulsuz işləyirəm. Daha bəsdir. Alim Qasımovun dəstəsində olan musiqiçilərin əksəriyyəti ondan ayrılıb. Malik, Elşən, Şirzad hamı getdi. Mən də artıq onunla birlikdə çalışmıram. Daha dəqiq desəm, biz ondan ayrılmamışıq. O bizdən ayrılıb. Dəstənin bütün uşaqları dəstəni tərk edəndən sonra o tək qaldı" deyən Natiq Şirinov buna heç də peşiman olmadığını bildirdi. Alim Qasımovun özü ilə də əlaqə saxlayıb ayrılıqlarının səbəbini öyrənmək istəsək də xanəndəni tapa bilmədik.

Xəbər lenti

Xəbər lenti